Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda abilimpiya hərəkatının inkişafı istiqamətində müzakirələr aparılıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas arasında onlayn formatda görüş olub.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilib, eyni zamanda, ölkəmizdə aktual olan müyəssərliyin təmin edilməsi mövzusunda birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

İdman 2020-06-30 16:53:00