Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bolqarıstanda koronavirusdan ölənlərin sayı 223-ə çatıb

Sofiya, 30 iyun, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində 140 yeni koronavirusa yoluxma halı baş verib.
AZƏRTAC Bolqarıstanın Operativ Qərargahına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 4831 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 223 nəfərdir.
Qeyd edək ki, Bolqarıstanda fövqəladə epidemioloji vəziyyət iyul ayının 15-dək uzadılıb. Xəstələrin sayının çoxalması hökumətin yeni məhdudiyyətlər tətbiq etməsi ilə nəticələnib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-06-30 16:44:00