Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xocavəndli məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar

Beyləqan, 30 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar.
Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, xocavəndli məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 50 qutu (950 qram) ipəkqurdu toxumu yetişdirilib və 1914 kiloqram barama tədarük olunub. İstehsal edilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Qeyd edək ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 42 min ədəd tut tingi əkilib. Xocavəndli kümçülər 2018-ci ildə 1 ton 47 kiloqram, 2019-cu ildə 2 ton barama istehsal ediblər.

Kənd təsərrüfatı 2020-06-30 16:36:00