×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi yollarında üfüqi nişanlanma xətləri yenilənəcək

Bakı, 30 iyun, AZƏRTAC
Paytaxtın Neftçilər prospekti və Niyazi küçəsində iyunun 30-u axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən qeyd edilən saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

 

Nəqliyyat 2020-06-30 15:58:00