Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Maykl Pompeo “Taliban” liderlərindən biri ilə sülh sazişini müzakirə edib

Bakı, 30 iyun, AZƏRTAC

ABŞ-ın dövlət katibi Maykl Pompeo “Taliban” hərəkatının rəhbərlərindən biri – molla Abdullah Qəni Baradarla danışıqlar aparıb.
AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Suheyl Şahin bildirib. Onun sözlərinə görə, tərəflər ABŞ və “Taliban” arasında fevral ayında imzalanan sülh sazişinin reallaşmasını müzakirə ediblər. Müzakirələr ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Doha, İslamabad və Daşkəndə səfərləri fonunda videokonfrans formatında baş tutub.
Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında imzalanmış sülh sazişinə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azadlığa buraxılmalıdır.

Dünya 2020-06-30 14:55:00