Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu gün “Chessable Masters” şahmat turnirinin yarımfinal oyunları start götürəcək

Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə rapid üzrə keçirilən seriya turnirinin üçüncü mərhələsində — “Chessable Masters” yarışında yarımfinal oyunları start götürəcək.
AZƏRTAC xəbər verir ki, final uğrunda Maqnus Karlsen Liren Dinq, Yan Nepomnyaşi Aniş Giri ilə mübarizə aparacaq. Yarımfinal oyunları iyunun 30-dan iyulun 2-dək, final görüşləri isə iyulun 3-dən 5-dək baş tutacaq.
Qeyd edək ki,“Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.

İdman 2020-06-30 14:46:00