Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ukraynanın paytaxtı və 13 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil

Kiyev, 30 iyun, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev və 13 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil.
AZƏRTAC xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kiyev şəhərində koronavirusun yayılma dinamikası 10 faiz normaya nisbətdə 30 faizi ötüb.
Bundan başqa, Kiyev, Lvov, Donetsk, Odessa, Xarkov, Volın, Zakarpatya, İvano-Frankovsk, Luqansk, Çernihiv, Rivne, Xmelnıtskıy, Çernevitsi vilayətlərində də koronavirusun yayılma göstəriciləri yüksəkdir.
Son bir həftədə Ukraynada koronavirusa yoluxma halları gündəlik 700-1200 arasında dəyişir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-06-30 14:25:00