Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beş ayda Gürcüstanda ÜDM-in real artım tempi 5 faizdən çox azalıb

Tbilisi, 30 iyun, AZƏRTAC

Cari ilin may ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) real artım tempi illik müqayisədə 13,5 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında deyilir. Bildirilir ki, yanvar-may ayları ərzində isə ÜDM-in orta real artım tempində 2019-cu ilin analoji dövrü ilə müqayisədə 5,4 faiz azalma baş verib.
May ayında Gürcüstanda bütün iqtisadi fəaliyyət sahələrində azalma qeydə alınıb.


Xətayi Əzizov
AZƏRTAC- ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-06-30 14:21:00