Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Estoniya 6 Avropa ölkəsindən gələn sərnişinlər üçün özünütəcrid tələbləri tətbiq edəcək

Tallinn, 30 iyun, AZƏRTAC

Koronavirus infeksiyasının yayılma səviyyəsi nəzərə alınaraq İsveç, Portuqaliya, Böyük Britaniya, Rumıniya, Bolqarıstan və Lüksemburqdan Estoniyaya gələn sərnişinlərə ikihəftəlik özünütəcrid tələbi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu həftədən etibarən Avstriya, Belçika, İspaniya, Niderland, Xorvatiya, İrlandiya, İslandiya, İtaliya, Yunanıstan, Kipr, Litva, Lixtenşteyn, Latviya, Norveç, Polşa, Fransa, Malta, Almaniya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, Danimarka, Çexiya və Macarıstandan gələn sərnişinlərdən özünütəcrid rejiminə riayət etmək tələb olunmayacaq. Lakin bu sərnişinlərin Estoniyaya səfər etməzdən əvvəl yuxarıda adları qeyd olunan ölkələrdə ən azı 14 gün keçirmələri şərtdir.
Dünyanın qalan ölkələrindən Estoniyaya gələnlər üçün özünütəcrid tələbi əvvəlkitək qüvvədə qalıb.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2020-06-30 14:04:00