Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“500 mil İndianapolis” yarışında tamaşaçıların iştirakına icazə veriləcək

Bakı, 30 iyun, AZƏRTAC

ABŞ avtoyürüş seriyası olan “500 mil” yarışlarının İndianapolis avtodromunda keçiriləcək mərhələsinin təşkilatçıları tamaşaçıların yürüşə buraxılacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyasına görə yarış avqustun 23-nə təxirə salınıb. Seriya isə iyunun əvvəlində Texasda start götürüb.
Qeyd edək ki, digər ABŞ avtoyürüş seriyası olan “İndyCar”ın iyulun 11-12-də “Road America” trasında və iyulun 17-18-də Ayovada keçiriləcək mərhələlərində də tamaşaçıların iştirakına icazə veriləcək.

İdman 2020-06-30 13:47:00