×
A
A
A
Sazlamalar

Cari ildə “Azərkosmos” optik peyk xidmətləri ixracını 19 faiz artırıb

Bakı, 30 iyun, AZƏRTAC

Yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən 26 ölkəyə 19,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, "Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. ASC-nin bu ilin yanvar-may aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, ABŞ, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirliyi olub.

İKT 2020-06-30 13:41:00