Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Biləsuvarda cari ildə süni mayalanma yolu ilə 299 baş buzov alınıb

Biləsuvar, 30 iyun, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yeniləşdirilməsi istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1297 baş inək və camışdan 299 baş bala alınıb. Süni mayalanma yolu ilə alınan buzovlara görə rayonda mal sahiblərinə 29 min 900 manat subsidiya ödənilib.

Kənd təsərrüfatı 2020-06-30 12:24:00