Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qaxlı kümçülər 12,8 ton yaş barama istehsal ediblər

Qax, 30 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə barama yetişdirmək üçün Qax rayonunda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edib. Kümçülər cari mövsümdə 12 ton 804 kiloqram yaş barama istehsal edərək Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Bilal Mustafazadə məlumat verib.
Onun sözlərinə görə, Əlibəyli kəndindən Nikola Aslamazaşvili bu il qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 303 kiloqram yaş barama təhvil verib. Ləkit kəndindən Qiyas Aslanov cari mövsümdə 217 kiloqram, Zəyəm kəndindən Nizami Rəcəbov 207 kiloqram, Tasmalı kəndindən Ramin Osmanov isə 145 kiloqram yaş barama istehsal edib.

Kənd təsərrüfatı 2020-06-30 12:15:00