Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan millisinin sabiq üzvü karyerasını İsraildə davam etdirəcək

Bakı, 30 iyun, AZƏRTAC

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dalibor Şukiç karyerasını İsraildə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin şərəfini qoruyan D.Şukiç “Hapoel Haşaron” klubu ilə anlaşıb. Həndbolçu yeni komandası ilə ikiillik müqavilə imzalayıb.
Qeyd edək ki, Azərbaycan millisi “Bakı-2017”də beşinci olmuşdu.

İdman 2020-06-30 12:06:00