Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Moskvada Beynəlxalq Şahmat Federasiyasının ofisi açılacaq

Bakı, 30 iyun, AZƏRTAC
Moskvada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ofisi açılacaq. Ofisdə Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, FIDE-nin prezidenti Arkadi Dvorkoviç bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib. O, mövzu ilə bağlı uzun müddət müzakirələrin getdiyini deyib. “Ümid edirəm ki, FIDE-nin Moskva ofisi tezliklə fəaliyyətə başlayacaq və orada Şahmat Olimpiadasına hazırlıq yüksək səviyyədə həyata keçiriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, FIDE-nin mənzil-qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir.
Xatırladaq ki, Şahmat Olimpiadası 2021-ci ildə Rusiyanın Moskva və Xantı-Mansiysk şəhərlərində keçiriləcək.

İdman 2020-06-30 07:37:00