Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Yuventus” klubu “Barselona”nın yarımmüdafiəçisi Arturu heyətinə qatıb

Bakı, 30 iyun, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubu yarımmüdafiəçisi Arturu İtaliyanın “Yuventus” komandasına satdığını açıqlayıb.
AZƏRTAC Kataloniya klubunun saytına istinadla xəbər verir ki, Turin təmsilçisinin bu transfer üçün ümumilikdə 82 milyon avro (72+10) milyon avro ödəyəcək. 23 yaşlı yarımmüdafiəçi cari mövsüm başa çatdıqdan sonra “Yuventus”a keçəcək.
Qeyd edək ki, Artur 2018-ci ildə “Qremio”dan 31 milyon avro müqabilində “Barselona”ya transfer olunub. Yarımmüdafiəçi cari mövsümdə Kataloniya klubunun heyətində keçirdiyi 24 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

İdman 2020-06-30 01:50:00