Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Neftçalada “Könüllü qonaq” layihəsi davam edir

Neftçala, 30 iyun, Mahir Babayev, AZƏRTAC
Yanvar ayından bəri Neftçala Rayon Heydər Əliyev Mərkəzində “Könüllülər ili” çərçivəsində “Könüllü qonaq” layihəsi həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin əməkdaşları və könüllüləri layihə çərçivəsində xüsusi karantin rejiminin tələblərinə əməl etməklə rayonun Bankə qəsəbəsində köməksiz vəziyyətdə yaşayan, əmək qabiliyyəti məhdud olan Nizami babanın və Mənzər nənənin qonağı olublar.
Layihə çərçivəsində aztəminatlı ailəyə ərzaq yardımı edilib, ev-eşik, həyət-baca səliqə-sahmana salınıb.

Regionlar 2020-06-30 07:04:00