İyun ayında Ukrayna sularında 100-dən artıq insan boğulub
Kiyev, 30 iyun, AZƏRTAC
İyun ayında Ukrayna sularında 100-dən artıq insan boğulub.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, onlardan 30-u yaşı 18-ə qədər olanlardır.
Ukrayna hökuməti əhalini ölkə sularından istifadə edərkən diqqətli olmağa çağırıb.
Boğulma hallarının artmasının səbəbləri əhalinin çimərliklərin qadağan olunan yerlərindən istifadə edilməsi, istirahət edərkən təhlükəsizlik qaydalarına əməl etməməsi, çaylarda sərxoş vəziyyətdə çimmək, havanın küləkli olmasına məhəl qoymamaq və sairdir.
Qeyd edək ki, hər il Ukrayna sularında yüzlərlə insan boğulur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Pandemiya mobil internetin inkişafına da təsir edib
Türkiyədə son sutkada 167 nəfər koronovirusdan ölüb
Türkiyə və İran xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər