Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxıstanda yenidən sərt karantin rejimi tətbiq oluna bilər

Nur-Sultan, 30 iyun, AZƏRTAC 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar keçirilən iclasda Dövlət Komissiyasına sərt karantin rejiminin tətbiqi ilə bağlı təkliflər verməyi tapşırıb.
AZƏRTAC xəbər verir ki, ölkə başçısı mövcud epidemioloji vəziyyətin sabitləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görmək barədə göstəriş verib. Göstərişə əsasən, Dövlət Komissiyası cari ilin mart-may aylarında qüvvədə olan təkliflərə bənzər sərt karantin rejiminin tətbiqi ilə bağlı təkliflər hazırlayıb iki gün ərzində təqdim etməlidir.
Qeyd edək ki, mayın 11-də Qazaxıstanda məhdudiyyətlər qaldırıldıqdan sonra koronavirus infeksiyasına yoluxma hallarının sayı yeddi dəfə artıb.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

Dünya 2020-06-30 00:13:00