Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xüsusi rejimli xəstəxanalarda müalicə alan koronaviruslu xəstələrin 36-sı süni tənəffüs cihazına qoşulub

Bakı, 29 iyun, AZƏRTAC 

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 min 525-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7393-ə bərabərdir. Xəstələrdən 213 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyunun 29-da Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib.

Səhiyyə 2020-06-29 23:41:00