×
A
A
A
Sazlamalar

Ötən ay dəniz limanlarında 673,7 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 27 iyun, AZƏRTAC

Mayda dəniz limanlarında 673,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 621,5 min tonunu tranzit yükləri təşkil edib.
Keçən ay dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı 600 nəfər olub.

Nəqliyyat 2020-06-27 19:01:00