×
A
A
A
Sazlamalar

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb

Bakı, 25 iyun, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Corat qəsəbə sakini P.Məlikova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 133 çətənə kolu aşkarlanaraq götürülüb.
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kolanı kəndinin ərazisində Yenikənd kənd sakini A.Ağayevin kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2020-06-25 15:56:00