×
A
A
A
Sazlamalar

Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 25 iyun, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “MAN” və “DAF” markalı yük avtomobilləri ilə gələn Azərbaycan vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar. Bu zaman sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə bir ədəd “iPhone 11 64 GB”, bir ədəd “iPhone 11 Pro Max 64 GB” və 1 ədəd “Samsung Galaxy Fold 5G 512 GB” markalı mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-06-25 12:38:00