×
A
A
A
Sazlamalar

Gəncə sakinindən 52 çətənə kolu, beş kiloqrama yaxın marixuana aşkarlanıb

Bakı, 23 iyun, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məmmədovun Kəpəz rayonu ərazisindəki evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 52 çətənə kolu, evindən isə 4 kiloqram 830 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.

Hadisə 2020-06-24 19:01:00