×
A
A
A
Sazlamalar

Masallıda taxıl anbarında yanğın baş verib

Bakı, 24 iyun, AZƏRTAC 

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 750 kvadratmetr olan taxıl anbarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində anbarın dam örtüyü 120 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və içərisindəki 20 ton taxıl yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-06-24 18:30:00