×
A
A
A
Sazlamalar

Yardımlı və Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 24 iyun, AZƏRTAC 

Yardımlı və Cəlilabad rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 23-də saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Sumqayıt sakini O.Hacıyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında atla hərəkətdə olan şəhər sakini Saleh Əzizovu vurub. Hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş S.Əzizov orada ölüb.
Elə həmin gün saat 10 radələrində Yardımlı rayonunun Alar kəndi ərazisində Bakı şəhər sakini Abbas Mehralıyev idarə etdiyi “Rexon” markalı ekskavatoru aşırıb və o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Hadisələrlə bağlı araşdırmalar aparılır.

Hadisə 2020-06-24 14:03:00