×
A
A
A
Sazlamalar

Paytaxtda 67 və 83 nömrəli marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib

Bakı, 24 iyun, AZƏRTAC
Paytaxtda 67 və 83 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dünən axşamdan Y.Hüseynov küçəsi (Biləcəri qəsəbəsi) yolun üst örtüyünün yenilənməsi ilə bağlı 2 günlük təmirə bağlanıb. Bu səbəbdən 67 və 83 nömrəli müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslar müvəqqəti olaraq Natəvan küçəsi ilə hərəkət edir.

Nəqliyyat 2020-06-24 10:55:00