×
A
A
A
Sazlamalar

Bu yolda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Bakı, 23 iyun, AZƏRTAC
Aparılan təmir işləri ilə əlaqədar iyun ayının 23-dən 24-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Buna görə də sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəqliyyat 2020-06-23 15:13:00