×
A
A
A
Sazlamalar

Azərbaycana gətirilən məhsulların 19,3 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 23 iyun, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan məhsulların 19,3 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 66,6 faizini avtomobil, 9,4 faizini hava, 4,6 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.

 

Nəqliyyat 2020-06-23 10:53:00