×
A
A
A
Sazlamalar

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ölkənizə tərəqqi arzularımı çatdırmaqdan xüsusi şərəf və məmnunluq duyuram.
Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək, Şimali Makedoniya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşməsinə ümidvar olduğumu bildirmək istəyirəm.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

 

Stevo Pendarovski
Şimali Makedoniya Respublikasının Prezidenti

Məktublar 2020-06-22 16:51:00