×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli 268 nömrəli və “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 156) 2.2-ci bəndində “inzibati, iqtisadi” sözləri “kommersiya, inzibati” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1104, № 7, maddə 1250, № 8, maddə 1440) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.5.6-cı və 1.6.1-ci yarımbəndlərdə “inzibati-iqtisadi” sözləri “inzibati məhkəmələrinin, kommersiya” sözləri ilə, “İnzibati-İqtisadi” sözləri isə “İnzibati Məhkəməsinin, Kommersiya” sözləri ilə əvəz edilsin;
2.2. 2.3.1-ci yarımbənddə “və inzibati-iqtisadi” sözləri “, inzibati məhkəmələrinin və kommersiya” sözləri ilə, “İnzibati-İqtisadi” sözləri isə “İnzibati Məhkəməsinin, Kommersiya” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2020-ci il.

Sərəncamlar 2020-06-18 17:46:00