×
A
A
A
Sazlamalar

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.
Ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirməkdə maraqlı olduğumuzu bir daha qeyd edirəm.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə, Qardaşınız

Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani
Mavritaniya İslam Respublikasının Prezidenti

Məktublar 2020-06-17 16:24:00