×
A
A
A
Sazlamalar

Beynəlxalq Memarlar İttifaqının onlayn şura iclası keçirilib

Bakı, 17 iyun, AZƏRTAC
Beynəlxalq Memarlar İttifaqı (BMİ) Şurasının növbəti toplantısı keçirilib.
Azərbaycan Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, BMİ-nin prezidenti Tomas Voniyerin sədrliyi ilə keçən onlayn toplantıda AMİ-nin idarə heyətinin sədri Elbay Qasımzadə çıxış edərək həmkarlarına pandemiya ilə əlaqədar memarlıq sənəti sahəsində yaranmış çətinliklər və hökumətin bu istiqamətdə problemlərin aradan qaldırılması məqsədilə ölkə miqyasında həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
E.Qasımzadə Azərbaycanda COVID-19 virusu ilə mübarizə sahəsində inkişafın olduğunu vurğulayıb və qısa müddət ərzində memarlıq sahəsində yaradıcılığın normal məcraya dönəcəyindən əminliyini ifadə edib.
Tədbirdə şuranın digər üzvləri də pandemiya ilə bağlı memarlıq sənətində meydana gəlmiş problemlərdən söz açıblar. Təəssüflə qeyd edilib ki, bununla əlaqədar yaradıcılıq proseslərinin tamamilə sıradan çıxdığı ölkələr də mövcuddur.
Digər regionlardan olan Şura üzvlərinin də məruzələri maraqla dinlənilib.
Növbəti onlayn toplantı iyulun 23-də baş tutacaq.

Tikinti̇ 2020-06-17 14:40:00