×
A
A
A
Sazlamalar

“WhatsApp” messencerində elektron ödənişlər funksiyası istifadəyə verilib

Bakı, 16 iyun, AZƏRTAC

ABŞ-ın “Facebook” şirkəti “WhatsApp” messencerində pulköçürmələri xidmətini istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin direktoru Mark Zukerberq deyib. Yeni funksiya hələ ki, yalnız braziliyalı istifadəçilərə əlçatandır. “Mastercard” ödəmə sistemini dəstəkləyən “Nubank” və “Sicredi” bank kartlarının sahibləri ölkədə yeni xidmətin üstünlüklərini qiymətləndirən ilk şəxslər olublar. Məlumdur ki, yeniliyin köməyi ilə kiçik müəssisələr messencer üzərindən öz satışlarını həyata keçirə biləcəklər.
Yeni funksiya pulköçürmələrinin təhlükəsizliyini təmin edən “Facebook Pay” ödəmə sistemi sayəsində reallaşdırılıb. Sözügedən ödəmə sistemi 2019-cu ilin noyabrında sosial şəbəkədə istifadəyə verilib.

İKT 2020-06-16 18:55:00