×
A
A
A
Sazlamalar

Yanvar-may aylarında 60 min tonadək polietilen ixrac edilib

Bakı, 16 iyun, AZƏRTAC

İlin ilk 5 ayında Azərbaycandan 59,8 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 38,2 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Sənaye 2020-06-16 15:44:00