×
A
A
A
Sazlamalar

Toxuculuq, geyim və ayaqqabı sahələrində 174,5 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 16 iyun, AZƏRTAC

Bu ilin 5 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 174,5 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 1,6 faiz, geyim istehsalında 13 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 37,2 faiz azalma müşahidə olunub.

 

Sənaye 2020-06-16 11:55:00