×
A
A
A
Sazlamalar

Yanvar-may aylarında dəmir yolu ilə sərnişindaşımalar artıb

Bakı, 16 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 1,3 milyondan çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,8 faiz artım olub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 314 vaqon yüklənib, 370 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 14,4 min ton, qərb istiqaməti üzrə 3,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2020-06-16 11:54:00