×
A
A
A
Sazlamalar

Ləğv edilmiş Bakı-Naxçıvan-Bakı aviareyslərinin sərnişinləri biletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər

Bakı, 13 iyun, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edib.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri iyulun 7-dən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər. Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.
Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.
Yeni aviabiletin rəsmiləşdirilməsi üçün “[email protected]” elektron poçtu vasitəsilə və ya (+99412) 493-40-04, (+99412) 493-71-21, (+99412) 598-88-80 telefon nömrələrinə zəng edərək aviaşirkətin Çağrı mərkəzinə müraciət etmək lazımdır.
Xatırladaq ki, iyunun 18-dən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

Nəqliyyat 2020-06-13 12:33:00