×
A
A
A
Sazlamalar

Cari ildə 264 milyon manatlıq tikinti materialı istehsal olunub

Bakı, 13 iyun, AZƏRTAC

Yanvar-may aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 264,7 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində tikinti gipsinin istehsalı 3,6 dəfə, tikinti kərpicinin istehsalı 17,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı isə 4,4 faiz artıb.
Betondan yığma tikinti konstruksiyalarının istehsalı 0,6 faiz, sementin istehsalı 6,2 faiz, tikinti əhənginin istehsalı 37,2 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8 faiz, asfaltın istehsalı 48 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 74,6 faiz azalıb.

Tikinti̇ 2020-06-13 11:18:00