×
A
A
A
Sazlamalar

“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.55-ci maddədən “Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş” sözləri çıxarılsın;
1.2. 16.1-ci maddənin birinci cümləsindən “məktəbəqədər və ümumi” sözləri çıxarılsın;
1.3. aşağıdakı məzmunda 20.2-3-cü maddə əlavə edilsin:
“20.2-3. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.”;
1.4. 21.2-ci maddənin birinci cümləsində “subbakalavr ixtisas dərəcəsinin” sözləri “subbakalavr peşə-ixtisas dərəcəsinin” sözləri ilə əvəz edilsin;
1.5. 24-cü maddə üzrə:
1.5.1. 24.1-ci maddədə “peşə-ixtisas təhsilinin hər hansı pilləsini” sözləri “ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini” sözləri ilə əvəz edilsin;
1.5.2. 24.2.4-cü maddədə “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;
1.5.3. 24.4-cü maddədə “peşə-ixtisas təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin;
1.6. 27.1-ci maddədə “Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil” sözləri “Təhsil” sözü ilə əvəz edilsin.

Maddə 2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903) 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.3-cü maddəyə “peşə” sözündən əvvəl “dövlət peşə təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;
2.2. 5.4-cü maddəyə “orta” sözündən əvvəl “dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;
2.3. 5.5-ci maddəyə “ali” sözündən əvvəl “dövlət ali təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;
2.4. 5.6-cı maddəyə “əlavə” sözündən əvvəl “dövlət əlavə təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

Qanunlar 2020-06-12 17:35:00