×
A
A
A
Sazlamalar

İnformasiya və rabitə xidmətlərinin həcmi 4,5 faiz artıb

Bakı, 12 iyun, AZƏRTAC 

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,5 faiz artaraq 859,7 milyon manat təşkil edib ki, onun da 71,9 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahədə əldə edilmiş gəlirin 79,9 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 362,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İKT 2020-06-12 16:09:00