×
A
A
A
Sazlamalar

Kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 12 iyun, AZƏRTAC

Bu ilin ilk 5 ayında kompüter, elektron və optik məhsulların istehsalı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-may aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 79,1 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 26,5 faiz artıb.
Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 3,6 dəfə çoxalıb.

İKT 2020-06-12 15:39:00