×
A
A
A
Sazlamalar

Metanol istehsalı 203 min tonu ötüb

Bakı, 12 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Azərbaycanda 56,1 min ton propilen (ondan əmtəəlik 53,8 min ton), 39,9 min ton polietilen, 73,2 min ton etilen, 203,2 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 24,6 faiz artıb. İyunun 1-nə 2 min ton propilen, 6 min ton polietilen və 34,3 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 45,7 faiz, propilen istehsalı 24,9 faiz, etilen istehsalı 22 faiz artıb.

Sənaye 2020-06-12 14:43:00