×
A
A
A
Sazlamalar

Martın 15-dən indiyədək 13 min 501 Azərbaycan vətəndaşı çarter reysi ilə Vətənə qaytarılıb

Bakı, 11 iyun, AZƏRTAC

Martın 15-dən indiyədək “Azərbaycan Hava Yolları” (AZAL) və digər tərəfdaş şirkətlər tərəfindən 13 min 501 Azərbaycan vətəndaşı 159 təxliyə reysi ilə vətənə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 11-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, həmçinin 151 təxliyə reysi ilə 12 min 823 əcnəbi Azərbaycandan öz ölkələrinə yola salınıb.

Nəqliyyat 2020-06-11 17:42:00