×
A
A
A
Sazlamalar

Karantin dövründə hava nəqliyyatı ilə yükdaşımalar 25-27 faiz artıb

Bakı, 11 iyun, AZƏRTAC

Cari ilin mart-may aylarında hava nəqliyyatı ilə yükdaşımalar 25-27 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 11-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.
O bildirib ki, karantin müddətində humanitar yüklər də daxil olmaqla ötən ilə nisbətən hava nəqliyyatında yükdaşımalar artıb.

Nəqliyyat 2020-06-11 17:26:00