×
A
A
A
Sazlamalar

İrlandiyanın Prezidenti Maykl Higginsdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, İrlandiya belə bir həssas dönəmdə planetimizin bütün vətəndaşları üçün həyati vacib məsələlərdə təhlükəsizliyin təminində önəm kəsb edən qlobal iqtisadi imkanlara nail olunması, həmçinin iqlim dəyişmələri ilə bağlı öhdəliklərimizə sadiqlik nümayiş etdirilməsi və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanla həmrəyliyini ifadə edir.
Qoy gələcək günlər Azərbaycan xalqına sülh, firavanlıq və səadət gətirsin!
Hörmətlə,

 

Maykl Higgins
İrlandiyanın Prezidenti

Məktublar 2020-06-11 16:00:00