×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsi əsaslı təmir edilib VİDEO

Bakı, 10 iyun, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisindəki Asəf Zeynallı küçəsində yenidənqurma işləri yekunlaşıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün agentlik tərəfindən ümumi uzunluğu 2,5 kilometr, eni isə 12 metr olan yolda yenidənqurma və bərpa işləri həyata keçirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 30 min kvadratmetrdən çox sahəni əhatə edib.
Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, 26 yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin 80 baxış qapağı yenisi ilə əvəz olunub, 1900 kvadratmetr sahədə yol birləşmələri təmir olunub.
Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Tikinti̇ 2020-06-10 14:18:00

Video