×
A
A
A
Sazlamalar

® “Xaliq Faiqoğlu” şirkəti qanvermə aksiyasına qoşulub

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstək çağırışına “Xaliq Faiqoğlu” şirkəti də qoşulub.

Bu məqsədlə şirkətin təşkilatçılığı ilə iyunun 10-da Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusi karantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməklə şirkətin rəhbər və sürücü heyəti qan verib.
Qeyd edək ki, Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara, eləcə də həyati əhəmiyyətli ehtiyac duyan digər kateqoriyalı insanlara pandemiya dövründə dəstək olmaqdır.
“Xaliq Faiqoğlu” şirkəti bundan sonrakı dövrdə də könüllülük və sosial məsuliyyət prinsiplərinə əsaslanaraq bu tip aksiyaları davam etdirəcək.

Nəqliyyat 2020-06-10 13:53:00