×
A
A
A
Sazlamalar

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Marselu Rebelu di Souzaya

Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyun 2020-ci il.

Məktublar 2020-06-09 16:16:00