×
A
A
A
Sazlamalar

Ukrayna aviareyslərin bərpası üçün Azərbaycanla müzakirələr aparır

Kiyev, 9 iyun, AZƏRTAC

Ukrayna Xarici İşlər Nazirliyi ikitərəfli hava əlaqəsinin bərpası üçün bir sıra ölkələrlə aktiv müzakirələr aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Xarici İşlər nazirinin müavini Yevgeni Yenin deyib.
Nazir müavininin sözlərinə görə, Ukrayna tezliklə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kiprə aviareysləri aça bilər.
O bildirib ki, Ukrayna ilk olaraq koronavirusla bağlı epidemioloji vəziyyət nəzarətdə olan ölkələrlə aviareysləri bərpa edəcək.
Ukraynadan həmin ölkələrə gedən vətəndaşlar səfərdən öncə koronavirusla bağlı testin cavabına dair arayışı əldə etməlidirlər.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Nəqliyyat 2020-06-09 15:04:00